Komendant saatı tətbiq edilir - DİQQƏT! - YERLİ VAXTLA 22.00-DAN 04.00-DƏK

Əfqanıstan rəhbərliyi 34 əyalətdən 31-də Taliban hərəkatını məhdudlaşdırmaq üçün gecə komendant saatı tətbiq edib. SİA xəbər verir ki, bu barədə “Tolo News” Daxili İşlər Nazirliyinin sözçüsünə istinadla məlumat yayıb.

Nazirliyin sözçüsünə görə, Taliban hərəkatının "fəaliyyətini məhdudlaşdırmaq" üçün tətbiq olunan komendant saatı yerli vaxtla saat 22.00-dan 04.00-dək davam edəcək.

Komendant saatının ölkənin yalnız üç əyalətinə - Kabil, Nanqarhar və Pəncşirə aid olmadığı qeyd olunur.

Xatırladaq ki, Əfqanıstanda kənd yerlərində əhəmiyyətli əraziləri ələ keçirən və böyük şəhərlərə qarşı hücuma başlayan hökumət qüvvələri ilə Taliban yaraqlıları arasında qarşıdurma var. 12 sentyabr 2020-ci ildə Qətərin paytaxtında Əfqanıstan hökuməti ilə Taliban arasında sülh danışıqları başlayıb. ABŞ rəhbərliyi 1 may - 11 sentyabr tarixlərində Əfqanıstandan qoşunların çıxarılmasını müttəfiqlərlə əlaqələndirərək tamamlayacağına söz verir. 2020-ci ildə Vaşinqton və Taliban səlahiyyətliləri Dohada 18 ildən çox davam edən müharibədə ilk sülh müqaviləsini imzalayıblar. Xarici qoşunların Əfqanıstandan çıxarılması və məhbus mübadiləsindən sonra Əfqanıstanarası dialoqun başlanması nəzərdə tutulur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə