Koronavirusun yeni mutasiyası AŞKAR EDİLDİ

İngiltərə Xalq Sağlamlığı həkimləri İngilislərdə yeni bir koronavirus növü tapıblar. SİA xəbər verir ki, bu barədə “Mirror” yazır.

"Bu günə qədər ölkə daxilində B.1.621 mutasiyasına yoluxma hallarının 16-sı müəyyən edilibdir. Bunların əksəriyyəti xaricə səfərlərlə əlaqələndirilir", deyə ekspertlər bildiriblər.

Xalq Sağlamlığı həkimləri, mutasiyanın virusun davranışına təsirini daha yaxşı anlamaq üçün SARS-CoV-2-nin bu variantı üzərində laboratoriya testləri aparırlar.

Həkimlər vaksinlərin effektivliyinin B.1.621 ştammını azaldıb-azaltmadığını hələ dəqiq bilmirlər.

Xatırladaq ki, hazırda dünyada, koronavirusun ən çox görülən "delta" mutasiyası hesab olunur. Artıq demək olar ki, bütün Avropa ölkələrində bu müəyyən edilibdir. Dünya Səhiyyə Təşkilatı, önümüzdəki aylarda "delta" mutasiyasının planetdə hakim olacağını və rəqabətə davamlı bir virus ortaya çıxmadığı təqdirdə digər variantların hamısını dövriyyədən sıxışdırıb çıxaracağını qeyd edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə