Yaponiyada 56 daxili uçuş ləğv edilib

Yaponiyanın cənubunda keçən çərşənbə axşamı günündən bəri tropik fırtına davam edir. Okinava prefekturasında bu həftənin əvvəlində “İn-fa” fırtınası ciddi fəsadlar törədib. SİA xəbər verir ki, bu barədə yerli “NHK” telekanalı məlumat yayıb.

Ölkənin meteoroloji idarəsinin məlumatına görə, fırtına nəticəsində azı beş nəfər xəsarət alıb. Ölkənin mərkəz hissəsində küləyin sürəti təxminən 40 m/s, bəzən isə 55 m/s-yə çatıb.

Okinavanın “Naha” əsas hava limanında azı 56 daxili uçuş ləğv edilib. Bölgənin bəzi yerlərində dənizdə dalğanın hündürlüyü 10 m-ə çatdığı üçün bərə xidməti dayandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə