“Böyük yeddilik” Rusiyanı Donbas qarşıdurmasında tərəf kimi tanıyıb

Son sammitlərini İngiltərənin Cornuoll qraflığında keçirən “Böyük yeddilik” ölkələri tədbirin sonuncu günü Moskvaya qoşunlarını Ukraynanın şərq sərhədlərindən geri çəkməyə və həmçinin Krımda yerləşdirdiyi hərbi hissə və texnikanı çıxartmağa çağırış ediblər.

Ukrayna müstəqil xəbər agentliyi olan “UNIAN”-nın yazdığına görə, “Böyük yeddilik” ölkələri Ukraynadakı yaşantılarda Rusiyanı vasitəçi kimi deyil, münaqişənin tərəfi kimi tanıdıqlarını xatırladıblar.

Beləliklə, Cornuoll qraflığındakı görüşdə bütün üzv dövlətlər - ABŞ, İngiltərə Kanada, Almaniya, Fransa, İtaliya və Yaponiya “Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstək verdiklərini” bildirdilər.

Xatırladaq ki, bir müddət bundan əvvəl “yeddilik” üzvləri Rusiya ilə sabit və proqnozlaşdırılan münasibətlərə ehtiyac duyduqlarını bildirmişlər. Amma...

...Məsələ bundadır ki, Kiyev hələ də Rusiyanı qəsbkar, Ukraynanın cənub-şərq ərazilərinə qarşı təcavüzdə ittiham edir. Maraqlıdır ki, Kiyevin bütün bu ittihamlarını rədd edərən Kreml Donbasdakı qarşıdurmanın Ukraynanın daxili problemi olduğunu iddia edir. Krımla bağlı məsələdə isə Moskva özünü “haqlı” sayaraq, yarımadanın rus torpağı olduğu üçün “əbədi” olaraq Rusiyanın tərkibində “qalacağını” bildirir.

Yeri gəlmişkən bildirək ki, bir müddət bundan əvvəl Ukrayna sərhədi boyunca on minlərlə əsgər yığan Rusiya genişmiqyaslı təlimlər keçirdiyini açıqlamışdı. Həmin ərəfədə dəstək üçün ABŞ-a müraciət edən Ukrayna səlahiyyətliləri bununla yanaşı, “Rusiya istilasına hazır olduqlarını” da bəyan etmişdilər.

Deyilənə görə, sonradan qoşunlarını “geri çəkən” Rusiyanın bu əməlini əksər mütəxəssislər “bənzərlik” kimi ifadə etmişdilər. Yəni, bizim dildə desək, “adam başı aldatma”...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə