Daha 355 nəfər koronavirusdan ölüb RUSİYADA

Rusiyada son sutka ərzində koronavirusa 8589 yeni yoluxma halı qeydə alınıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölkə üzrə virusa yoluxanların sayı 4 905 059 nəfərə çatıb.

Rusiyada son bir gündə 355 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 114 331 nəfərdir. İndiyədək 4 518 529 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada beşinci yerdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...