Rusiya ilə bağlı kimlər razılaşmadılar? FİKİR AYRILIĞI

Almaniyanın xarici işlər naziri Heiko Maas Moskvanın Avropa Birliyi ilə dialoqa qayıtmasının lehinə danışıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, Avropa diplomatiyasının rəhbəri Josep Borrell, əksinə, bu məsələyə şübhə ilə yanaşır.

Qeyd edək ki, bazar ertəsi günü Brüsseldə AB ölkələri Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir. Almaniyanın xarici işlər naziri, müzakirə mövzusunun Avropa təmsilçilərinə qarşı sanksiyaların elan edilməsindən sonra Rusiya ilə yanaşı, dost olmayan ölkələrin siyahısını elan etmək niyyətində olacağını söyləyib. Heiko Maas, AB-nin öz yoluna sadiq qalmasının və Rusiya da daxil olmaqla insan haqları müdafiəsinə davam etməsinin vacibliyini qeyd edib. Maas, "Dialoqa hazırıq və Moskvanın yenidən dialoqa qayıtmasının zamanı gəldi", deyib.

Eyni zamanda, AB-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Josep Borrell, Avropa Birliyi ilə Rusiya arasındakı münasibətlərdə vəziyyətin düzəlmədiyini vurğulayıb.

Xatırladaq ki, bir qədər əvvəl Brüssel, Rusiya "insan haqlarının pozulması" səbəbi ilə altı sanksiya qəbul edib. Buna cavab olaraq, Rusiya, Avropa Parlamentinin sədri David Maria Sassoli də daxil olmaqla səkkiz avropalı məmurun ölkəyə girişini qadağan edib. Sputnik radiosu isə İtaliyanın baş nazirinin "Avropa Birliyi xəyalını" məhv etdiyini açıqladığını bildirmişdi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...