Doğrudanmı, almanların məğlubiyyətində günahkar təkcə Hitlerdir?

Qələbə günü... Doğrudur, Almaniya hələ mayın 8-də təslim olduğunu "elan" etsə də, buna baxmayaraq, qələbə günü kimi, Mayın 9-u qeyd edilir. Amma burada da bəzi gizli məqamlar mövcuddur. Məsələn, sual olunur, doğrudanmı, bu müharibədə Stalinqrad döyüşü dönüş nöqtəsi oldu?

...Və ya almanların məğlubiyyətində, doğrudanmı, günahkar təkcə Hitlerdir?

Təbii ki, dediyimiz kimi, bu müharibədə müəmmalı məqamlarla müşahidə edilən miflər çoxdur.

Bildirək ki, bu günlərdə amerikalı tarixçi Rob Citino İkinci Dünya Müharibəsi ilə bağlı bəzi məsələlərə aydınlıq gətirməyə çalışıb.

...Yəqin çoxlarınız 1941-ci ilin 26 noyabrında yaponların ABŞ-ın Perl Harborda yerləşən hərbi bazasını hücumu ilə bağlı filmə baxmısınız. Qeyd edək ki, Yaponiyanın Donanma komandiri Isoroku Yamamotonun əmri, vitse-admiral Tiyuti Naqumonun komandirliyi ilə həyata keçirilən bu hava hücumu zamanı dünyanın "İnci limanı" kimi tanıdıqları Perl Harborda amerikalıların 2500-dən artıq hərbçisi öldürüldü.

Qeyd edək ki, bu gün bəziləri həmin hücumdan prezident Franklin Ruzveltin xəbərdar olduğunu iddia etsələr də, amerikalı tarixçi Rob Citino bunu mif adlandırır. Doğrudanda, bu inandırıcı görünmür?

... Bu gün Avropada İkinci Dünya Müharibəsi ilə bağlı yazılan kitabların əksəriyyətində alman tərəfinin verdiyi bütün səhv qərarların Hitler tərəfindən verildiyi iddia edilir. Maraqlıdır, deməli, bütün günahlar Adolf Hitlerdə imiş?

Təbii ki, mənim üçün də maraqlıdır: həmin ərəfədə Hitlerin Stalinqrada hücum əmri nə önəm daşıyırdı? Məlum idi ki, yanacaqsız qalan almanları arxa cəbhə yanacaqla təmin edə bilmirdi. Bundan əlavə, onların təmin edə biləcək yanacaqları da yox idi. Almanların Bakı istiqamətindəki hücumu isə təkcə, Maykopu tutmaqla yekunlaşdı. Bu ərəfədə Maykopda olan neft buruqlarına isə alman hücumundan əvvəl od vurulmuşdu...

... Yaponlar Perl Harborda yalnız amerikalıların hərbi gəmilərini deyil, həm də neft anbarlarını bombalasaydılar, bu halda onlar İkinci Dünya Müharibəsində qalib gələ bilərdilər. Bu da maraqlıdır, yəni yaponların belə bir niyyətləri olubmu? Qeyd edək ki, amerikalı tarixçi bunu da mif sayır. Cünki, yaponların buna "cəsarət" etməkdən əlavə, bunun üçün elə bir qüvvələri də yox idi. Rob Citinoya görə, əgər bu hal baş versəydi, bu, sadəcə, qələbəni bir neçə ay təxirə sala bilərdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...