Əfqanıstanda sülhün nizamlanmasına dair İstanbul konfransı təxirə salınıb

Əfqanıstanda sülhün nizamlanmasına dair İstanbul konfransı təxirə salınıb

Əfqanıstanda vəziyyətin sülh yolu ilə nizamlanması üçün 24 aprel tarixində başlamalı olan İstanbul konfransı təxirə salınıb.

SİA Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu deyib.

Türk diplomatiyası rəhbərinin sözlərinə görə, forum müsəlmanların müqəddəs Ramazan ayının sonunda baş tutacaq.

Konfrans 24 aprel - 4 may tarixlərində keçirilməli idi.

Xatırladaq ki, zirvə konfransı Türkiyə, Qətər və BMT tərəfindən təşkil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə