Virusdan ölənlərin sayı artır Ermənistanda

Ermənistanda son sutka ərzində daha 860 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub. SİA xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 207 973 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 24 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3859-yə çatıb. Koronavirusa yoluxub, lakin digər xəstəliklərdən ölənlərin sayı 978 nəfərdir.

Aktiv xəstələrin sayı 15 880 nəfər təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...