Venesuela Prezidenti Nikolas Maduro koronavirusa qarşı peyvənd olunub

Venesuela Prezidenti Nikolas Maduro koronavirusa qarşı peyvənd olunub.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkə liderinin mətbuat xidmətinin "Twitter" səhifəsində bildirilir.

Məlumata əsasən, N.Maduronun vaksinasiyasında Rusiyanın istehsal etdiyi "Sputnik V" peyvəndindən istifadə edilib.

Qeyd edək ki, Venesuelada Rusiyanın istehsal etdiyi "Sputnik V" peyvəndləri ilə vaksinasiya kampaniyası fevralın 18-i başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...