Ermənistan pandemiya batağında - 2 277 ölü

Ermənistanda son sutka ərzində 1184 koronavirusa yeni yoluxma qeydə alınıb.

SİA xəbər verir ki, bununla da ölkədə infeksiya daşıyıcılarının sayı 138 min 508-ə çatıb.

Bu barədə ölkənin Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb.

24 saat ərzində 23 nəfərin ölümü ilə ümumi say 2 min 277 nəfərə yüksəlib.

Hazırda 21 min 842 nəfərin müalicəsi davam edir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə