"Kipr türklərinə yönəlik səylərimizi qətiyyətlə yürüdəcəyik!” - Ərdoğandan Avropaya mesaj

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Təhlükəsizlik Forumuna göndərdiyi videomesajda bir gerçəyi xüsusilə vurğulamaq istədiyini bildirərək, Türkiyənin ətrafdakı problemlərlə məşğul olarkən heç bir zaman irredantist, yəni müdaxiləçi mövqeyi tutmadığını ifadə edib. SİA xəbər verir ki, Ərdoğan deyib ki, Türkiyənin heç bir ölkənin torpağında gözü, idarəetməsinə, daxili məsələlərinə müdaxiləsi olmayıb.

O deyib ki, Türkiyə öncəliklə özünün milli təhlükəsizliyini, vətəndaşlarının can və mal güvənliyini təmin etməyə, ardından isə yerləşdiyi coğrafiyada sülhün və əminamanlığın bərqərar olmasına çalışır.

Ərdoğan deyib ki, Şərqi Aralıq regionunda hər ağırlığa çiyin verən Türkiyənin təbii sərvətlər mövzusu ortaya çıxanda yox sayılmasına izn verilə bilməzdi. Yunanıstan və Cənubi Kiprin provokasiyalarına rəğmən, Şərqi Aralıq məsələsində hər zaman soyuqqanlı və səbrli davrandıqlarını bildirən Ərdoğan Avropa Birliyinin Şərqi Aralıq dənizində həm Türkiyənin haqlarını, həm də Şimali Kiprin mənfəətlərini qorumaq üçün qərarlılıqla yürütdükləri kəşfiyyat fəaliyyətini ittiham etməsi nə tarixə, nə hüquqa, nə də gerçəkliyə uyğundur.

“Kipr Türklərinə qarşı təcridlərə son verilməsi və Şərqi Aralıq dənizində karbohidrogen yataqlarının bərabər paylaşılması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik. Lakin digər tərəfdən, dialoq və diplomatiya qapılarımızı da açıq saxladıq, saxlayacağıq. Kipr Türklərinin də qatıla biləcəyi bir Şərqi Aralıq konfransı düzənlənməsi və məsələnin dialoqla çözülməsinin tərəfdarıyıq. Türkiyə Egey və Şərqi Aralıqda mövcud olan sədlərin aşılması üçün hər zaman real mövqe sərgiləyib”- deyə Türkiyə prezidenti bildirib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə