Rusiyada koronavirusa yoluxanların sayı 1,6 milyonu keçib

Rusiyada koronavirusa yoluxanların sayı 1,61 milyon nəfəri keçib.

Ölkədə son sutka ərzində 18 140 nəfər virusa yoluxub, 334 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1 618 116 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 27 990 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 1 215 414 nəfər virusdan sağalıb, 374 712 nəfərin müalicəsi isə davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə