Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəni tərk etməsi ilə bağlı məlumatları rədd edib. SİA xəbər verir ki, o çıxış edərək bildirib ki, haqqında çıxan məlumatlar həqiqəti əks etdirmir.

Lukaşenko Belarusda baş verən etiraz aksiyalarına və kütləvi tətillərlə bağlı cavab olaraq səsləndirib ki, bu ölkənin bazar iqtisadiyyatına ciddi ziyan vuracaq və eyni zamanda, haqqındakı dezinformasiyalara cavab verib: "Mən hələ sağam və xaricidə deyiləm".

"Əgər iki gün tətil etsələr, rəqiblərimiz, ruslar və kanadalılar bazara istədiklərini çıxararlar. Əgər işi dayandırsaq, köhnə istehsal gücümüzə qayıda bilməyəcəyik. Bu haqda insanları məlumatlandırmalıyam. Tətil etmək istəyirsinizsə, edin, işləmək istəyirsinizsə, işləyin" - deyə, Prezident bildirib.

Qeyd edək ki, Belarusda Prezident Seçkilərinin nəticələrindən sonra bir çox insan etiraz etmək üçün küçələrə axışıb və hazırda kütləvi tətillərə hazırlıq gedir.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə