Fransada epidemiya başlayandan bəri koronavirusdan 30 004 nəfər ölüb

"Fransada epidemiya başlayandan bəri koronavirusdan 30 004 nəfər ölüb, onlardan 19 528 nəfər xəstəxanalarda dünyasını dəyişib.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sosial-tibbi müəssisələrdə ölüm hadisələri barədə məlumatlar iyulun 15-də açıqlanacaq.

Hazırda xəstəxanalarda 7062 nəfər müalicə olunur.

Son 24 saat ərzində xəstəxanalara 136 nəfər yerləşdirilib. Reanimasiyada olan xəstə sayı 496 nəfərdir.

Epidemiya başlayandan bəri ümumilikdə 105400 nəfər xəstəxanaya yerləşdirilib. Təxminən 78 400 nəfərin sağaldığı qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə