Koronavirusa yoluxanların sayı 28 mini ötüb Ermənistanda

Ermənistanda son sutka ərzində daha 706 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 28 min 606 nəfərə çatıb. Son sutkada 7 xəstə ölüb və virusa yoluxma nəticəsində ölənlərin sayı 484 nəfər olub. İndiyədək 16 min 140 xəstə sağalıb. Koronavirus aşkar edilmiş, lakin digər xəstəlikdən ölənlər isə 158 nəfərdir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə