Koronavirusdan ölənlərin sayı 533 mini ötdü

Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 11 milyon 386 min 560 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hazırda pandemiya qurbanlarının sayı 533 min 581 nəfərdir. İndiyədək 6 milyon 445 min 57 xəstə sağalıb. Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 213 ölkədə qeydə alınıb. Son günlər koronavirusa yoluxma və ölüm sayında ciddi artım müşahidə edilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...