Türkiyə ordusunun bir əsgəri şəhid olub

Suriyanın İdlib bölgəsində Türkiyə ordusunun bir əsgəri şəhid olub.

SİA xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Türkiyə ordusunun zirehli ambulansına edilən silahlı hücum nəticəsində bir hərbçi vəfat etməklə yanaşı, iki hərbçi də yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə