İranda 3 sərhədçi terrorçular tərəfindən qətlə yetirilib

İranın İraq ilə sərhəd bölgəsində yerləşən Sərdəşt rayonunda sərhədçilərlə silahlı qruplaşma arasında toqquşma baş verib.

SİA xəbər verir ki, bu barədə bölgənin sərhəd xidməti rəisi general Yəhya Hüseynxani məlumat verib.

General bildirib ki, sərhədçilər xidmət zamanı İraq tərəfindən qanunsuz yollarla İrana keçməyə çalışan silahli qrupu aşkar edib. Sərhədçilərin tələbinə əhəmiyyət verməyən silahlılar atəş açaraq 3 sərhədçini öldürüblər. Sərhədi qanunsuz yollarla keçməyə çalışan silahlılar məhv edilib.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə