Afrika ölkələri Çini ayrıseçkiliyini dayandırmağa çağırıb

Afrika ölkələri, Çində Afrika mənşəli insanların ikinci Covid-19 dalğasının yayılmasına səbəb olduğu üçün edilən pis rəftara və ayrıseçkiliyə sərt reaksiya verib. SİA bunu xarici mətbuata istinadən xəbər verir.

Çinin bir çox şəhərində, xüsusən də Guanco bölgəsində xarici vətəndaşların, xüsusən də qaradərililərin ikinci Covid-19 dalğasında məsul olduqları, evlərindən təxliyə edildiyi, ictimai yerlərdən, o cümlədən ticarət mərkəzləri, restoran və xəstəxanalar daxil olmaqla küçələrdə döyüldükləri iddialarıına Afrika ölkələrində sərt reaksiya görüb.

Çindəki Afrika ölkələrinin səfirləri, Çin Xarici İşlər Naziri Wang Yi-ə birgə göndərdikləri notada, Covid-19 epidemiyasının Afrikalılar tərəfindən ölkədə yayıldığı təəssüratını verən bu ayrıseçkilik hərəkətlərinə son qoymağa çağırıb.

Notada "Pekindəki Afrika səfirləri qara vətəndaşlara məcburi sınaq, karantin və digər qeyri-insani rəftarın dərhal dayandırılmasını tələb edirlər" ifadəsinə yer verilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə