Anasında koronavirus olan uşaqların riskləri

Həkim, anasında koronavirus olan uşağın risklər barədə danışıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Reedus" tərəfindən m’lumat yayılıb.

Məlumata görə, doktor Elison Styub, anasında koronavirus aşkarlanan körpəyənin risklərindən danışıb. O qeyd edib ki, bir çox ictimai səhiyyə təşkilatı doğuş zamanı bir qadında bir koronavirus aşkar olunsa da, ana və körpələri bir yerdə saxlamağı tövsiyə edir. Buna baxmayaraq, Birləşmiş Ştatlar ananın yoluxucu olmadığı zamana qədər analar və körpələrin müvəqqəti ayrılmasını nəzərdən keçirir.
Həkim əlavə edib ki, koronavirusdan şübhəli olan və ya təsdiqlənmiş uşaqların və anaların erkən ayrılması nəticələri yaxşılaşdırdığına dair heç bir dəlil yoxdur. Styub bunun əksinin mənfi nəticələrə səbəb ola biləcəyini vurğulayıb.
"Əvvəlcə, ana südü ilə qidalanma qaydaları pozulur. Bu, yeni doğulmuşlar üçün xüsusilə vacibdir", deyə həkim bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...