İdmançı koronavirusdan ölüb İtaliyada

800 metr məsafəyə qaçış üzrə 1984-cü ildə keçirilən Avropa Atletika Çempionatının qalibi, italiyalı Donato Sabia, koronavirusa yoluxduqdan sonra həyatını itirtib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “repubblica.it” məlumat yayıb.

Məlumata görə, koronavirusa yoluxan və ölən idmançının 56 yaşı var idi. Qeyd olunur ki, Sabia bir neçə gün reanimasiyada qaldığı xəstəxanada da ölüb.

İdmançının atasının da koronavirusdan öldüyü bildirilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...