Fransada COVID-19 pandemiyasından ölənlərin sayı 10 min 328-ə çatıb

Fransada martın 1-dən bu günədək COVID-19 pandemiyasından 10328 ölüm faktı qeydə alınıb ki, bunlardan 7091-i xəstəxanalarda, 3237-si EHPAD qocalar evlərində olub. Aprelin 7-də xəstəxanalarda 607 nəfər, qocalar evlərində isə 802 nəfər ölüb.

SİA xəbər verir ki, bu barədə səhiyyə baş direktoru Jerom Salomon mətbuata açıqlamasında deyib. O, 30 mindən çox koronavirus daşıyıcısının xəstəxanalara yerləşdirildiyini və onlardan 7131-nin reanimasiyada olduğunu diqqətə çatdırıb.

Qeyd edilib ki, bu günədək 19337 xəstə sağalıb. Səhiyyə baş direktoru ölkəsində epidemiyanın pik dövrünün hələ başlamadığını vurğulayıb. O bildirib ki, aprelin 15-dək uzadılan təcridolma rejiminin müddəti yenidən artırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...