Sevgilisini koronavirusa yoluxdurmaqda ittiham etdi və QƏTLƏ YETİRDİ

İtaliyanın Siciliya adasında yerləşən Messina şəhərində kişi öz sevgilisinin onu koronavirusa yoluxdurmağa cəhd etməsindən şübhələnib və boğaraq öldürüb. SİA xəbər verir ki, bu barədə Daily Mail yazır. Belə ki, martın 31-də səhər saatlarında 28 yaşlı Antonio de Pase polisə zəng edərək, sevgilisi Loren Kuarantanı qətlə yetirdiyini etiraf edib.

Polis patrulu hadisə yerinə gedərək görüblər ki, Antonio özünəqəsd məqsədi ilə intihar cəhdinə əl atıb. Tibb işçiləri italiyalıya operativ köməklik edərək, onun həyatını xilas ediblər. Qızı isə həyata qaytarmaq mümkün olmayıb. Hökumət nümayəndələri ilə söhbətində Antonio deyib: "Mən onu ona görə öldürdüm ki, məni koronavirusa yoluxdurub".

Səhiyyə işçiləri həm oğlanı, həm də qızın cansız bədənini koronavirus testindən keçiriblər və bəlli olub ki, onların heç biri virus daşıyıcıları deyillər. Polis baş verən hadisə ilə bağlı detalları və istintaq araşdırmalarını davam etdirir.

Qeyd edilir ki, 27 yaşlı Kuaranta Messina universitetində tibb təhsili alırdı. Təhsil müəssisəsinin nümayəndələri isə söz veriblər ki, onlar mərhumun adına universiteti bitirməsi haqqında diplom hazırlayacaqlar.

Ölümündən bir neçə gün əvvəl italiyalı qız sosial şəbəkələrdə koronavirusla bağlı ölkədəki vəziyyət barədə şərhlər verib O, şərhlərin birində qeyd edib ki, İtaliyada COVID-19 pnevmoniyasından 41 həkim həyatını itirib. Kuaranta bəyan edib ki, indi insanlar heç vaxt olmadığı kimi, bir-birlərinə dəstək dayanmalıdırlar. "Siz özünüzə, ailənizə və ölkəyə hörmətlə yanaşmalısınız", deyə Kuaranta şərhlərində bildirib.

Qeyd edək ki, Con Hopkins universitetinin layihəsi əsasında hazırlanan məlumatda İtaliyada koronavirusa yoluxma hallarının 110 minə çatdığı bildirilir. 13 min pasinet isə həyatını itirib. Daha çox yoluxma isə ABŞ-da qeydə alınıb. COVID-19 pnevmaniyasından 5 mindən çox insan tələf olub.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...