İranda güclü zəlzələ yaralılar var

İranın cənubundakı Fars əyalətinin mərkəzi Şirazda meydana gələn 5,4 zəlzələ nəticəsində 33 nəfər yaralanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Fars Xəbər Agentliyində verilən məlumata görə, Fars Təcili Yardım Mərkəzinin rəhbəri Məhəmməd Cevad Muradiyan dünən baş verən zəlzələdə yaralanan 33 nəfərdən 2-nin xəstəxanada, digərlərinin isə ambulator vəziyyətdə olduğunu söyləyib.

Tehran Sesmoloji Mərkəzindən verilən məlumata görə zəlzələ yerli vaxtla 16:58 də Şirazda baş verib və hadisə nəticəsində 37 kəndin binalarına ziyan dəyib.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə