Hərbi təyyarə qəzaya uğradı: ölənlər var

Əlcəzairdə hərbi təlim təyyarəsi qəzaya uğrayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qəza nəticəsində iki pilot ölüb.
Əlcəzairin "En-Nahar" televiziya kanalının yaydığı xəbərdə bildirilib ki, Rusiya istehsalı “Su-30” qırıcı təyyarəsi Əlcəzairin şimal-şərqindəki Umm əl-Buaqi əyalətinin Ayn ez-Zeytun qəsəbəsində qəzaya uğrayıb.
Pilot və köməkçi pilot qəzada həlak olub. Qəzanın səbəbi hələlik müəyyən edilməyib.
Qeyd edək ki, Əlcəzair prezidenti Əbdülməcid Təbbun hadisə ilə bağlı “Twitter”dəki açıqlamasında təyyarənin düşməsi nəticəsində həyatını itirən pilotların ailələrinə başsağlığı verib.

Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə