İdlibdə 3300 insanın yaşadığı sığınacaq təxliyə edilib

Bəşər Əsəd rejimi və Rusiyanın intensiv hücumları səbəbindən İdlib Gərginliyin Azaldılması bölgəsinin sərhədləri daxilində Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəklədiyi 3,300 mülki şəxsin sığındığı sığınacaq mərkəzi təxliyə edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Hələbin Meyzanaz bölgəsində, əsasən uşaqlar və qocalardan ibarət olan və BMT-nin dəstəklədiyi sığınacaq mərkəzinin məhz hücum təhlükəsi səbəbindən boşadıldığı qeyd edilib.

Bildirək ki, sığınacaq sakinlərinin sözlərinə görə, onlar 7 aydır ki, bu bölgədə qalıblar indi isə yenidən yerlərindən olunublar və hara gedəcəklərini belə bilmədiklərini söyləyiblər.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...