Zəlzələdən sonra daha 230 təkan

Türkiyənin şərqində 21 nəfərin ölümü ilə nəticələnən güclü zəlzələnin ardınca 230 təkan qeydə alınıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin təcili yardım idarəsi məlumat yayıb.

Türkiyə Hökumətinin Fövqəladə Halların Qarşısının Alınması və Müdaxiləni İdarəetmə Təşkilatının (AFAD) məlumatına görə, zəlzələnin ardınca 2,7-dən 5,4 bala qədər 230 təkan qeydə alınıb.

Təbii fəlakət bölgələrində xilasetmə işləri davam etdirilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə