ŞOK: Çində virusdan ölənlərin sayı 17-ə çatdı!

Çində koronavirusdan ölənlərin sayı 17-ə çatıb. Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Xəbərdə deyilir ki, ölüm halları virusun yayılmağa başladığı Hubei əyalətində qeydə alınıb. Həmçinin ölkə boyu məlum olan yoluxma halları 444-ə çatıb. Bununla yanaşı, Çinin xüsusi bölgəsi olan Honkonq hökuməti yeni koronavirusla bağlı vəziyyəti diqqət mərkəzində saxlayır.

RİA “Novosti” xəbər verir ki, bu barədə Dünya İqtisadi Forumunda bildirən Honkonq hökumətinin rəhbəri Karri Lam bölgəyə gediş-gəlişin çox olması üzündən vəziyyətin həssas olduğunu qeyd edib.

Daha əvvəl Honkonqun səhiyyə katibi Sofia Çan Siu Çi mətbuat konfransı zamanı Çinin Vuhan şəhərindən gələn bir turistdə yeni tip koronavirusun aşkarlandığını açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə