Gürcüstan parlamentinə kimyəvi hücum olub

Gürcüstan parlamentinin sədri Arçil Takakvadze qanunverici orqanda baş verən insidenti kimyəvi hücum kimi qiymətləndirib. SİA yerli mediaya istinadla xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.

A.Talakvadze insident zamanı bir neçə nəfərin zəhərləndiyini və onlara tibbi yardım göstərildiyini deyib.

Parlament sədrinin sözlərinə görə, hansı kimyəvi maddənin istifadə edilməsi və insidenti kimin tərəfindən törədilməsini müəyyən etmək üçün tədbirlər həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə