Qırğızıstanın sabiq Baş naziri 15 il azadlıqdan məhrum edilib

Qırğızıstanın sabiq Baş naziri Sapar İsakov Bişkek İstilik Elektrik Stansiyasının modernləşdirilməsi zamanı korrupsiyaya və yeyintiyə yol verdiyinə görə 15 il azadlıqdan məhrum edilib.

SİA Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, Bişkekin Frunze rayon məhkəməsinin qərarı ilə S.İsakovun əmlakı müsadirə edilib, diplomatik rütbədən və aldığı ordenlərdən məhrum olunub.

Sapar İsakovun işi ilə əlaqəli olan Qırğızıstan Energetika Holdinqinin sədri Aybek Kaliev 15 il, “Elektrik stansiyaları” Şirkətinin baş direktoru Salaydin Avazov 11 il azadlıqdan məhrum ediliblər. S.İsakov tərəfdarları ilə birgə dövlətə 111 milyon dollar zərər vurmaqda günahlandırılır.

Bu işlə bağlı ölkənin daha bir sabiq Baş naziri Jantoro Satıbaldievə isə 7,5 il iş verilib və o, cərimə kimi hökumətə 150 milyon som (1 milyon 471 min dollar) ödəməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...