Gürcüstanın xarici ticarət dövriyyəsi azalıb

Cari ilin yanvar-iyul aylarında Gürcüstanın xarici ticarətində azalma müşahidə olunub.

2019-cu ilin yanvar-iyul aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 7 milyard 065,4 milyon ABŞ dolları təşkil edib.

SİA xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.

Məlumatda deyilir ki, bu göstərici 2018-ci ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz azdır.

Hesabat dövründə Gürcüstanın ixracı illik müqayisədə 12,3 faiz artaraq 2 milyard 102 milyon dollar, idxalı isə 4,7 faiz azalaraq 4 milyard 963,4 milyon dollar təşkil edib.

Gürcüstanın ticarət dövriyyəsində 2 milyard 861,4 milyon dollar kəsir yaranıb.

Bütün xəbərlər Facebook səhifəmizdə