Pakistan paytaxtı İslamabadda Nazirlər Kabinetinin ofisində yanğın baş verib. SİA-nın “Sozcu.com.tr” saytına istinadən verdiyi xəbərə görə, yanğın baş verən zaman Pakistanın Baş naziri İmran Xanın göstərişi ilə binanın bütün əməkdaşları təxliyyə edilib.
İlkin məlumata görə, yanğına səbəb binanın 6-cı mərtəbəsində baş vermiş qısa qapanma olub.
Bölgəyə 6 xilasetmə qrupu cəlb edilib. Zərərçəkənlər barədə məlumat verilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB