Sakit okeanda Tonqo adası sahillərində 5.6 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb. Yeraltı təkanların UTC vaxtı ilə 14:04-də baş verdiyi bildirilib.

Zəlzələnin episentri Nukualofa şəhərindən 238 km şimalda, 10 km dərinlikdə qeydə alınıb. Dağıntı və tələfat barədə məlumat yoxdur. Sunami təhlükəsi gözlənilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə