Melih Gökçek: Corc Soros Türkiyəni qarışdırmağa hazırlaşır

Corc Sorosun Türkiyəyə gəlməsi təsadüf ola bilməz. Bu barədə Ankara Böyükşehir Bələdiyyəsinin sədri Melih Gökçek Tvitter hesabında yazıb. Bələdiyyə sədri iddia edib ki, Soros Türkiyədə növbəti Gezi olayları üçün zəmin hazırlayır. Gökçek amerikalı milyarderin kimlərlə görüşdüyünə də diqqət edilməsini vacibliyini qeyd edib. Qeyd edək ki, Sorosun Türkiyəyə gəlməsi ilə bağlı rəsmi məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə