Tereza Mey ingilislərin Baş naziri oldu

Tereza Mey ingilislərin Baş naziri oldu

Böyük Britaniyanın yeni Baş nazirinin kimliyinə aydınlıq gəlib. BBC-nin yaydığı xəbərdə deyilir ki, Mühafizəkarlar Partiyasının lideri Tereza Mey rəsmən Böyük Britaniyanın yeni Baş naziri təyin edib. Artıq bununla əlaqədar Böyük Britaniyanın kraliçası II Yelizaveta fərman imzalayıb.

II Yelizaveta T.Meyə yeni hökuməti formalaşdırmağı tapşırıb. Gözlənilir ki, artıq bu axşam yeni nazirlərin adları bəlli olacaq. Qeyd edək ki, Tereza Mey II Yelizavetanın krallığı dövründə sayca 13-cü Baş naziridir.

Bütün xəbərlər Facebook səhifəmizdə