Türkiyənin Şırnak vilayətinin Beytüşşebap rayonunda jandarma məntəqəsi PKK silahlılarının hücumuna məruz qalıb. Anadolu Agentliyinin məlumatına görə, hücum nəticəsində bir jandarma zabiti həlak olub, 4 əsgər yaralanıb.
Ərzurumda isə PKK üzvləri tərəfindən 6 yük maşını və 18 inşaat texnikası yandırılıb. Bundan başqa, Ədalət və İnkişaf Partiyasının (AKP) Diyarbəkir vilayət təşkilatının binasına da iki əl bombası atılıb.
Rəsmi məlumata görə, son 47 gün ərzində PKK tərəfindən 56 hərbiçi, 15 mülki şəxs qətlə yetirilib, 200 nəfər yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB