Avropa Komissiyasına yeni prezident seçilib. SİA-nın Avropa Parlamentinin saytına istinadən verdiyi məlumata görə, Avropa Parlamentində bu gün keçirilən seçkilərdə 751 deputatdan 422-si Jan Klod Yunkerin Avropa Komissiyasının prezidenti seçilməsinə səs verib.
Qeyd edək ki, Jan Klod Yunkerin namizədliyi Avropa Xalq Partiyası (European People's Party (EPP)) tərəfindən irəli sürülmüşdü. Jan Klod Yunker Luksemburqun sabiq baş naziridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB