Yanvarın 2-də İranın Hormozqan vilayətində baş vermiş zəlzələ nəticəsində 1 nəfər həlak olmuş, 20 nəfərdən artıq yaralı xəstəxanalara yerləşdirilib.
Rəsmi məlumatlara görə, Rixter cədvəli üzrə 5,5 bal gücündə zəlzələ vilayətin Bistək bölgəsində tikililərin 60 faizinə ciddi zərər vurub. Dağıdıcı yeraltı təkandan sonra qeydə alınmış bir neçə nisbətən zəif zəlzələ əhalidə vahiməni daha da artırıb.
Təbii fəlakət bölgəsinə xilasedicilərin cəld edilməsi, ətraf vilayətlərdən zəruri ərzaq məhsulları, geyim və dərman daşınması davam etdirilir.
Tamamilə yararsız hala düşmüş dörd iri mədrəsənin çadırlara köçürüldüyü bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB