Xalq artisti: " Ölkədə dəyişiklik baş verməsə, özümü yandıracağam"

Ukraynada baş verən hadisələrlə bağlı sözügedən ölkənin xalq artisti Ruslana açıqlama verib.

SİA- nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, müğənni Kiyevin Müstəqillik Meydanında çıxış edərkən ölkədə dəyişikliklərin olmayacağı təqdirdə özünü yandıracağını bildirib: " Əgər mitinqçilərin tələbləri qəbul edilməzsə, mən özümə qəsd edəcəyəm. Bu fikri bu gün bu mitinqə toplaşan insanların qarşısında tam dəqiqliklə, söz verərək səsləndirirəm. Sizi birləşərək, bu haqsızlığa qarşı çıxmağa, geri çəkilməməyə dəvət edirəm. Əmin olun ki, bu yolda hər zaman sizin yanınızda olacağam".

Qeyd edək ki, müğənni sözügedən ölkənin xalq artisti olmaqla yanaşı, 2004-cü ildə "Eurovision" müsabiqəsinin də qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...