Rumıniya 2018-ci ildə avrozonaya daxil ola bilər

Rumıniya 2018-ci ildə avrozonaya daxil ola bilər

Rumıniyanın Baş naziri Viktor Ponta "Euronews" kanalına verdiyi müsahibədə bildirib ki, Rumıniya avrozonaya 2018-ci ildə daxil ola bilər.

Baş nazir vurğulayıb ki, Rumıniyanın Böyük Britaniya və başqa ölkələrdən fərqli olaraq avrozonaya daxil olmaq qərarı qətidir. V.Ponta qeyd edib ki, bu məsələ ilə bağlı tələsmək olmaz, ona görə ki, avrozonaya daxil olan ölkə güclü iqtisadiyyata malik olub, rəqabətə tab gətirməlidir.

Baş nazir Polşada avrozonaya daxil olmaq üçün aparılan hazırlıq işlərini misal göstərərək Rumıniyanın da tezliklə avrozonaya daxil olcağına inandığını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə