İsveçrədə işləmək hüququ əldə edən Avropa İttifaqı vətəndaşlarının sayı üzərində kvotalar tətbiq edilib. Bu barədə BBC xəbər verir. İsveçrə Aİ-yə daxil deyildir, lakin Brüssel ilə Avropada yerdəyişmə azadlığını təmin edən bir sıra sazişlər imzalayıb. İndi İsveçrə hökuməti bildirir ki, ölkəyə mühacirət hədsiz dərəcədə yüksək səviyyəyə çatıb və yaxın ildə Avropa İttifaqının vətəndaşlarına işləmək üçün verilən icazələrin sayı məhdudlaşdırılacaq.
Öz tərəfindən, Brüssel də bildirir ki, bu tədbir ikitərəfli münasibətlərə ciddi ziyan vura bilər.
İsveçrədə işsizliyin səviyyəsi 3 faizdir.
Miqrantlar ölkənin bütün işçi qüvvəsinin təqribən 25 faizini təşkil edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB