Lavrov: "BMT Suriyaya hərbi müdaxilə qərarı çıxarmayacaq"

Rəsmi Moskva hər hansı təzyiq səbəbindən Suriya ilə bağlı nizamlama prosesindəki mövqeyini dəyişən deyil. Belə bir fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrov səsləndirib.


Rusiya mətbuatı xəbər verir ki, Lavrov BMT-nin Təhlükəsizlik Şurasının Suriyaya hərbi müdaxilə ilə bağlı qərar çıxarmayacağını vurğulayıb. Baxmayaraq ki, bəzi kənar dövlətlər ölkə müxalifətini bu şəraitin yaranması üçün təhrik etməkdədirlər.


Rusiyanın XİN rəhbəri bir daha vurğulayıb ki, Suriya ilə bağlı vəziyyətdən yeganə çıxış yolu "Annan planı"nın icrasıdır. Həmin planın icrasına isə həm Suriya müxalifəti, həm də iqtidarı razılıq verib.


Qeyd edək ki, Suriyada son zamanlar atəşkəsin pozulması halları artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...