Türkiyənin Fransadakı səfiri Tahsin Burcuoğlu Fransa Senatında çıxış edib. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, Senatdakı sosialistlər Ankaranın mövqeyini öyrənmək üçün onu partiyalarının qrup toplantısına dəvət edib. Səfir Burcuoğlu 1915-ci il hadisələri ilə bağlı senatorlara ətraflı məlumat verib.
O, deyib ki, sözügedən sənəd təsdiqlənərsə, bu, Türkiyə ilə Fransanın ikitərəfli əlaqələrinə ciddi zərər vuracaq. Türkiyə səfiri bu hadisələri araşdırmağın qanunverici orqanların deyil, tarixçilərin işi olduğunu bir daha diqqətə çatdırıb. Daha sonra sosialist senatorlar Ermənistanın bu ölkədəki səfirini də dinləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB