Amerika Birləşmiş Ştatlarında səfərdə olan İraqın baş naziri Nuri əl-Maliki Türkiyəni ittiham edib. SİA-nın "Zaman" qəzetinə istinadən verdiyi xəbərə görə, nazir rəsmi Ankaranı İraqın daxili işlərinə qarışmaqda ittiham edib:
"Türkiyənin siyasi problemlərimizə müdaxiləni xoş qarşılamırıq. Türkiyə İraqdakı bəzi siyasi şəxsiyyətləri və blokları dəstəkləyərək, daxili işlərimizə qarışır. Əvvəlki səfirlərinin bu cəhdlərinə dəfələrlə qarşı çıxmışıq. Türkiyənin siyasətdə daxili işlərimizə qarışmasını qəbul edə bilmərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB