Qırmızı dənizdə İsrailə aid tankerə hücum edildi

Qırmızı dənizdə, Səudiyyə Ərəbistanının Yanbu şəhəri sahillərinə yaxın ərazidə Liberiya bayrağı altında üzən və İsrailə məxsus olan bir tankerə hücum edilib. SİA xəbər verir ki, bu barədə "Reuters" agentliyi dəniz təhlükəsizliyi sahəsində ixtisaslaşmış Britaniya şirkəti "Ambrey"ə istinadla məlumat yayıb.

Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzinin (UKMTO) məlumatına görə, hadisə Yanbudan cənub-qərbdə, 40 dəniz mili məsafədə baş verib. Gəmi heyəti “gurultulu partlayış” səsi eşidib və naməlum mərmidən sıçrayışlar görüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

"Ambrey" şirkəti daha sonra bildirib ki, gəmi İran tərəfindən dəstəklənən Yəmən husiləri üçün “uyğun hədəf” sayılır, çünki onun İsrailə məxsus olduğu açıq şəkildə bəllidir.

Bütün xəbərlər Facebook səhifəmizdə