Kadırovun qardaşı oğlu Qroznıda ölüm törədib...

...Çeçenistanın Hesablama Palatasının sədri və respublika rəhbəri Ramzan Kadırovun qardaşı oğlu Yasin Zakriyev 2025-ci il iyulun 20-də Qroznıda yol qəzası törədib və nəticədə ər-arvad ölüb, iki övladı ağır xəsarət alıb.

SİA-nın məlumatına görə, bu barədə Memorial İnsan Hüquqları Mərkəzi xəbər verir.

Mərkəzin məlumatına görə, Zakriyev onların maşınına arxadan çırpılıb.

...Dəfn mərasimi ertəsi gün baş tutub: hakimiyyətin göstərişi ilə dərhal ailələr arasında barışıq aksiyası keçirilib. Cinayət işi açılmayıb, - hüquq müdafiəçiləri bildirib.

Çeçenistanın müxalif “Niyso” hərəkatı yerli sakinlərə istinadən iyulun 21-də baş vermiş qəza haqqında yazıb.

İddia olunur ki, Zakriev “yüksək sürətlə yarışıb və yaşlı ər və arvadın getdiyi avtomobilə çırpılıb”, hər ikisi hadisə yerində ölüb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə