Yunanıstanın keçmiş baş naziri Samarasın qızı vəfat edib

Yunanıstanın keçmiş baş naziri Antonis Samarasın 34 yaşlı qızı Lena Samarasın vəfat etdiyi bildirilir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Yunan mətbuatında çıxan xəbərlərə görə, Lena Samaras dünən (cümə axşamı) epilepsiya tutmasından sonra paytaxt Afinadakı Şismanoğlu Dövlət Xəstəxanasına yerləşdirilib. Samaras orada nevropatoloq olmadığı üçün Evangelismos Dövlət Xəstəxanasına köçürülüb.

Xəstəxanada nevroloqun müayinəsi zamanı ikinci dəfə epilepsiya tutması keçirən Lena Samarası həkimlərin səyinə baxmayaraq xilas etmək mümkün olmayıb. Əvvəllər epilepsiya diaqnozu qoyulan 34 yaşlı Lena Samaras inşaat mühəndisi idi. X sosial media platformasında verdiyi açıqlamada Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Antonis Samaras və həyat yoldaşı Corciya Samarasa başsağlığı verib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə