...Deməli, rusların yazdığına görə, 2013-cü ildə Rusiyada İİV-ə yoluxma hallarının sayı əvvəlki illə müqayisədə 9,9 faiz az olub. Və eyni zamanda, orta uzunmüddətli dəyərlərdə azalma da qeyd edilib.
Beləliklə, 2024-cü ildə İİV-ə yoluxma halları 100 min nəfərə 831,44-ə çatıb ki, bu da orta uzunmüddətli göstəricilərdən 31,4 faiz aşağıdır..?
Bir il əvvəl isə İİV-ə yeni yoluxma hallarının sayında 9,9 faiz azalma olub.
SİA-nın məlumatına görə, bunu rusların Rospotrebnadzor-u təqdim edir, amma...
...Ölkənin 25 regionunda yüksək xəstələnmə göstəricisi qeydə alınıb, liderlər İrkutsk vilayəti, Çukotka Muxtar Dairəsi, Krasnoyarsk diyarı, Samara vilayəti və Altay diyarı olub. 2024-cü ildə İİV-ə yoluxmuş insanlar arasında ən yüksək göstərici kişilər arasında olub – 62,3 faiz.
İnfeksiyaların 80,9 faizi heteroseksual təmaslarla əlaqədardır. İİV-ə yoluxmuş xəstələrin daha 54,6 faizi narkotik vasitələrdən, 14 faizi isə venadaxili narkotik istifadəsi nəticəsində yoluxmuşdur.
SİA-nın əlavəsi: ...Bir şey demək istəyirəm, amma... utanıram..? Amma nə isə, deyəcəm,..maa elə gəlir ki,.. yenə deməyə utanıram...
...Əşşi, rusun az-çox “nəsilartıran kişisi" müharibədə vuruşduğu bir vaxtda, bayaqdan elə İİV ddiyimiz...insan immunçatışmazlığı virusu, yəni lap loru dildə desək SPİD daşıyanların sayı çoxalmaz ki,..azalar də...
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB