ABŞ prezidenti Donald Tramp Ağ Evin interyerini öz vəsaiti hesabına təmir etdiyini, o cümlədən 24 karatlıq qızılla bəzədiyini bildirib.
SİA-nın məlumatına görə, o, bu barədə “The Atlantic” jurnalına müsahibəsində bildirib.
...Bəli, mən bunu özüm etdim. Yuxarıda baxın? Hamısı Mar-a-Laqodandır. Bəli, qızıl. Və hamısı 24 karatlıq qızıldır. Maraqlısı odur ki, insanlar hələ qızıla bənzəyən bir boya tapmayıblar.
Tramp Oval Ofisdə jurnalist Cefri Qoldberqə deyib bunu. Amerika liderinin sözlərinə görə, Ağ Evə gəlməmişdən əvvəl heç kim Oval Ofislə maraqlanmırdı və yalnız indi o, “göründüyü kimi görünür”.
Bundan əvvəl ABŞ prezidenti etiraf edib ki, Rusiya rəhbərliyinin hərəkətləri onu Rusiya ilə münaqişədə Ukraynanın tərəfini tutmağa vadar edə bilər.
O, həmçinin bəyan edib ki, Ukrayna, onun fikrincə, çox tezliklə darmadağın olacaq və onu xilas etməyə çalışır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə